Karlos Romero “Vilyarreal”la yeni müqaviləyə imza atdı

İspaniya La Liqasında mübarizə aparan “Vilyarreal” klubu sol cinah müdafiəçisi Karlos Romero ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tərəflər arasında 2029-cu ilin yayına qədər nəzərdə tutulmuş yeni anlaşma imzalanıb. Əvvəlki müqavilənin müddəti 2026-cı ilin 30 iyununda bitəcəkdi.

Xatırladaq ki, ispan futbolçu ötən mövsümü icarə əsasında “Espanyol”da keçirib. O, qarşıdakı 2025/2026-cı illər mövsümündə də “Espanyol”un uğurları üçün çalışmağa davam edəcək.

Romero 2024/2025-ci illər mövsümündə meydana çıxdığı 35 matçda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Karlos Romero “Vilyarreal”ın öz yetirməsidir. O, doğma klubunun əsas komandasında cəmi 8 matç keçirib və 1 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: