2025/2026-cı illər mövsümünə hazırlığı davam etdirən “Karvan” bu gün “Mingəçevir”lə yoxlama oyununda üz-üzə gəlib.
Arena.az xəbər verir ki, Mingəçevirdə baş tutmuş qarşlaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan” bundan öncə keçirdiyi yoxlama matçlarında “Şamaxı”ya (0:2) uduzmuş, “İmişli”yə isə qalib gəlmişdi – 2:1.
“Mingəçevir” isə yeni mövsümdə Birinci Liqada yarışacaq.


