Kennet Kalunqa “Kəpəz”də!

2025/2026-cı illər mövsümündə “Mingəçevir”in formasını geyinmiş Kennet Kalunqa bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2026/2027-ci illər mövsümünə hazırlığını davam etdirən “Kəpəz” növbəti transferini reallaşdırıb. Gəncə klubu zambiyalı cinah hücumçusu Kennet Kalunqanı heyətinə qatıb. 29 yaşlı vingerlə mövsümün sonuna kimi nəzərdə tutulmuş 1 illik müqavilə imzalanıb.

Zambiyanın “Qomes” klubunun yetirməsi olan Kennet Kalunqa Danimarkada “Ikast”, Portuqaliyada “Esmoriz”, “Unian Lamas”, “Branko”, “Kova Pyedade”, “Lusitano Lurosa”, “Vianense”, “Ovarense”, “Lusitano Evora” kimi klublarda da forma geyinib. Zambiyalı vinger 2025-ci ilin sentyabr ayından “Mingəçevir”in uğurları üçün çalışırdı.

“Kəpəz” daha öncə Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar və Ürfan Abbasovu da heyətinə qatıb. Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska klubla yeni müqaviləyə imza atıblar. Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov, Camal Cəfərov, Ehtiram Şahverdiyev, Olavale Onanuqa və Ryonosuke Ohori isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: