Avropa Konfransı Liqasına hazırlaşan “Keşlə” daha bir transfer reallaşdırıb. Arena.az xəbər verir ki, paytaxt klubu brazliyalı futbolçu Felipe Santosu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 1 ili əhatə edən əməkdaşlıq müqaviləsi imzalanıb.
Qeyd edək ki, Santosun son klubu Sloveniyanın 1-ci liqasında çıxış edən “Maribor” komandası olub. O, 2018-ci ildən sözügedən klubun uğurları üçün çalışırdı. Braziliyanın “Palmeyras” klubunun yetirməsi olan futbolçu, Sloveniyada daha öncə “Ankaran” komandasında da forma geyinib.
“Keşlə” bu yay Merab Giqauiri, Aldair Neto, Omar Qudiabi və Amil Yunanovu da transfer etmişdi. Bundan əlavə, paytaxt klubu “Neftçi”dən Rəhman Hacıyev və Turan Vəlizadəni, “Sabah”dan isə Elçin Mustafayevi icarəyə götürüb.


