Kilan Lebon sağaldı, sıraya döndü

“Neftçi”nin xeyli müddət idi zədədən əziyyət çəkən futbolçusu Kilan Lebon artıq komanda ilə məşqlərə başlayıb.

Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Kilan Lebon sağalsa da, digər zədəlilərdən qapıçı İvan Brkiç hələ də müalicə prosesini davam etdirir. Onun nə vaxt məşqləri bərpa edəcəyi bir həftə sonra baş tutacaq müayinədən sonra müəyyənləşəcək.

Digər qolkiper Emil Balayev və Asiya Kubokunda zədələnən yarımmüdafiəçi Ataa Caberin müalicə və reabilitasiyası davam edir.

Xatırladaq ki, “Neftçi” fevralın 9-da Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Sumqayıt”ı qəbul edəcək. İlk matçda paytaxt klubu qələbə qazanıb – 3:2.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: