Kilan Lebon və Edvin Kuça milli dəvət

“Neftçi”nin daha iki futbolçusu – yarımmüdafiəçilər Kilan Lebon və Edvin Kuç ölkəsinin milli komandalarından dəvət alıb.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Kilan Lebon Sent Martin, Edvin Kuç isə Monteneqro millisinə çağırılıb.

Lebon yığmanın heyətində oktyabrın 15-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarında iştirak edəcək. Kuç isə Monteneqro millisi ilə UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Türkiyə, ayın 14-də isə Uels yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, Kilan Lebon Sent Martin millisinin heyətində 3 oyunda 1, Edvin Kuç isə Monteneqro seçmə komandasında 7 matçda 3 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: