Klopp Almaniya yığmasını nə üçün çalışdırmaq istəməyib?

“Liverpul”un alman baş məşqçisi Yurgen Klopp həmyerlisi Yulian Naqelsmanın “bundestim”i çalışdırması ehtimalı ilə bağlı məlumatı şərh edib.

Arena.az bu barədə RTL dərgisinə istinadən məlumat verir:

“Fikrimcə, Yulian əla həlldir. O, görkəmli məşqçidir və hər şey belə də alınsa, mən şad olardım. Yaş? Bu, əhəmiyyətli deyil. 28 yaşına qədər o, görkəmli məşqçi olduğunu artıq sübut etmişdi. Onun ən yüksək səviyyədə səkkiz illik təcrübəsi var – bir çoxları müvafiqə ancaq 45-50 yaşlarında nail olurlar.

Mən “Liverpul”a sadiqəm, ürəyim buradadır. Son səkkiz ili sadəcə baltalamaq olmaz. Komanda ilə müqavilə bağlamışam və yadımda olduğu qədər, o zaman nə dustaq, nə də sərxoş deyildim. Bu, şüurlu bir qərar idi. Buna görə də mənim “Liverpul”dan gedişim indi mümkün deyil”, deyə Klopp adının “bundestim”lə hallanmasına dair söz-söhbətə bilmərrə xitam verib.

Klopp “Liverpul”u 2015-ci ildən çalışdırır. Alman mütəxəssisin rəhbərliyi “Liverpul” Avropa Liqası istisna olmaqla, bütün mümkün klub turnirlərində qalib olmağı bacarıb.

56 yaşlı mütəxəssisin “qırmızılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: