Klopp Praqa “Sparta”sı üzərində daramdağını şərh etdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının 1/8 finalının cavab oyununda Praqa “Sparta”sı ilə oyunu şərh edib.

Arena.az xatırladır ki, ilk oyunda səfərdə 5:1 hesabı ilə qələbə qazanmış “qırmızılar”, doğma “Enfild”də rəqibini 6:1 hesabı ilə darmadağın ediblər.

“Bu gün düzgün nəbz və tezliklə oynadıq. Bu oyuna məhz belə yanaşmalıydıq. Növbəti mərhələyə adlaya bilməyəcəyimizi, 0:5 hesabı ilə hansısa şəkildə uduzacağımızı gözləmirdim.

Oyunun nə qədər yaxşı olacağı bizdən asılı idi və açıq-aydın futbolumuzdan həzz aldıq, bir neçə fantastik qol vurduq və erkən önə keçdik. Biz bunu bacardıq və gördüklərimin çoxunu bəyəndim. Növbəti mərhələyə çıxmaq istəyirdik, yaxşı oynamaq və qol vurmaq istəyirdik və bunu da bacardıq”, – Klopp matçdan sonra jurnalistlərə bildirib.

Beləliklə iki oyunun nəticəsinə görə rəqibi 11:2 hesabı ilə məğlub etmiş “Liverpul” Avropa Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: