Kokorin “Fiorentina” ilə “Aris” arasında qalıb

Futbol üzrə Rusiya yığmasının və “Fiorentina”nın hücumçusu Aleksandr Kokorin yenidən İtaliyaya qayıtmaq istəyindədir.

Arena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Kipr çempionatından daha nüfuzlu liqada oynamaq istəyir.

Rus hücumçu “Fiorentina”da oynamaqdan çəkinmir. Kokorinin ötən mövsüm icarə əsasında çıxış etdiyi “Aris” isə hücumçunu saxlamaq istəməsi ilə yanaşı, futbolçunu daimi əsasda satın almaq fikrindədir.

Kokorin “Fiorentina”ya 2021-ci ildə Moskva “Spartak”ından keçib. Futbolçunun Florensiya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədər qüvvədədir.

Rusiya yığmasının üzvü ötən mövsüm 30 oyun keçirib, 13 qol vurub, 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı Aleksandr Kokorini 1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: