Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.
Ermənistan təmsilçisi “Noah” doğma meydanda Yunanıstanın AEK (Afina) komandası ilə üz-üzə gəlib. Dörd qolluq qarşılaşma Yunanıstan təmsilçisinin gözlənilməz məğlubiyyəti ilə yekunlaşıb.
Bu mərhələnin qalan ilk oyunları avqustun 7-də və 8-də keçiriləcək.
Azərbaycan təmsilçiləri “Sabah” və “Zirə”nin bu raunddakı oyunları avqustun 8-də baş tutacaq.
Avropa Konfrans Liqasında 3-cü raundun cavab oyunları avqustun 15-də təşkil olunacaq.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
6 avqust
“Noah” (Ermənistan) – AEK (Afina, Yunanıstan) 3:1
7 avqust
21:00. “Kopenhagen” (Danimarka) – “Banik” (Çexiya)
21:00. “Hakken” (İsveç) – “Payde” (Estoniya)
21:00. “Paks” (Macarıstan) – “Mornar” (Monteneqro)
22:30. “Sankt Qallen” (İsveçrə) – “Slask” (Polşa)
8 avqust
19:00. “Ararat” (Ermənistan) – “Puşkaş Akademiyası” (Macarıstan)
19:00. “Auda” (Latviya) – “Drita” (Kosovo)
19:00. “Ordabası” (Qazaxıstan) – “Pünik” (Ermənistan)
20:00. HJK (Finlandiya) – “Deçiç” (Monteneqro)
20:00. “İberiya” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə)
20:00. “İlves” (Finlandiya) – “Yurqorden” (İsveç)
20:00. “Mlada Boleslav” (Çexiya) – “Hapoel” (Beer Şeva, İsrail)
20:30. “Rujomberok” (Slovakiya) – “Hayduk” (Xorvatiya)
20:30. “Silkeborq” (Danimarka) – “Gent” (Belçika)
21:00. “Brondbü” (Danimarka) – “Legiya” (Polşa)
21:00. “Olimpiya” (Sloveniya) – “Şerif” (Moldoca)
21:00. “Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan)
21:00. “Sürix” (İsveçrə) – “Vitoriya” (Gimaraynş, Portuqaliya)
21:30. ÇSKA 1948 (Sofiya, Bolqarıstan) – “Pafos” (Kipr)
22:00. “Botev” (Bolqarıstan) – “Zrinski” (Bosniya və Herseqovina)
22:00. “Balkani” (Kosovo) – “Larne” (Şimali İrlandiya)
22:00. “Hunedoara” (Rumıniya) – “Astana” (Qazaxıstan)
22:00. “Kilmarnok” (Şotlandiya) – “Tromse” (Norveç)
22:00. “Makkabi” (Petah Tikva, İsrail) – ÇFR (Rumıniya)
22:00. “Osiyek” (Xorvatiya) – “Zirə” (Azərbaycan)
22:15. “Maribor” (Sloveniya) – “Voyvodina” (Serbiya)
22:15. “Vikinqur” (İslandiya) – “Flora” (Estoniya)
22:30. “Spartak” (Trnava, Slovakiya) – “Visla” (Polşa)
22:45. “Sent Mirren” (Şotlandiya) – “Brann” (Norveç)
22:45. “Sent Patriks Atletik” (İrlandiya) – “Sabah” (Azərbaycan)