Konfrans Liqasının 3-cü raundunun püşkü atıldı – 30 cüt!

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Konfrans Liqasının 2024/2025 mövsümünün 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, püşk nəticəsində 30 cüt bəlli olub.

Bunlardan 26-sı Əsas yol, 4-ü Çempionlar yolunda mübarizə aparacaqlar.

Azərbaycan təmsilçilərinin – “Sabah”, “Sumqayıt” və “Zirə”nin də 2-ci təsnifat mərhələsini uğurla adlayacaqları halda növbəti raundda hansı komandalarla üz-üzə gələcəyi artıq indidən məlumdur.

Qeyd edək ki, Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin matçları iyulun 25-də və avqustun 1-də keçiriləcək. Üçüncü raundun oyunları isə avqustun 8-də və 15-də təşkil olunacaq.

Konfrans Liqası
3-cü təsnifat mərhələsi

Çempionlar yolu

“Vikinqur” (İslandiya)/“Eqnatiya” (Albaniya) cütünün qalibi – “Virtus” (San Marino)/“Flora” (Estoniya) cütünün qalibi

“Differdanj” (Lüksemburq)/“Ordabası” (Qazaxıstan) cütünün qalibi – “Struqa” (Şimali Makedoniya)/“Pünik” (Ermənistan) cütünün qalibi

“Balkani” (Kosovo)/“Hamrun Spartans” (Malta) cütünün qalibi – “Larne” (Şimali İrlandiya)

HJK (Finlandiya) – “Dinamo” (Batumi, Gürcüstan)/“Deçiç” (Monteneqro) cütünün qalibi

Əsas yol

“Mlada Boleslav” (Çexiya)/“Transinvest” cütünün qalibi – “Hapoel” (Beer Şeva, İsrail)/“Çerno More” (Bolqarıstan) cütünün qalibi

“Kilmarnok” (Şotlandiya)/“Serkl Brügge” (Belçika) cütünün məğlubu – “KuPS” (Finlandiya)/“Tromse” (Norveç) cütünün qalibi

“Zimbru” (Moldova)/“Ararat” (Ermənistan) cütünün qalibi – “Dnepr-1” (Ukrayna)/“Puşkaş Akademiyası” (Macarıstan) cütünün qalibi

“Sürix” (İsveçrə)/“Şelburn” (İrlandiya) cütünün qalibi – “Vitoriya” (Gimaraynş, Portuqaliya)/“Floriana” (Malta) cütünün qalibi

“Paks” (Macarıstan)/AEK (Larnaka, Kipr) cütünün qalibi – “Radniçki” (Serbiya)/“Mornar” (Monteneqro) cütünün qalibi

“Düdelanj” (Lüksemburq)/“Hakken” (İsveç) cütünün qalibi – “Styarnan” (İslandiya)/“Payde” (Estoniya) cütünün qalibi

“Maribor” (Sloveniya)/“Univestatya” (Krayova, Rumıniya) cütünün qalibi – “Ayaks” (Niderland)/“Voyvodina” (Serbiya) cütünün məğlubu

“Sarayevo” (Bosniya və Herseqovina)/“Spartak” (Trnava, Slovakiya) cütünün qalibi – “Visla” (Polşa)/“Rapid” (Vyana, Avstriya) cütünün məğlubu

“Sent Patriks” (İrlandiya)/“Vaduts” (Lixtenşteyn) cütünün qalibi – “Makkabi” (Hayfa, İsrail)/“Sabah” (Azərbaycan) cütünün qalibi

“Valyur” (İslandia)/“Sent Mirren” (Şotlandiya) cütünün qalibi – “Qo Ehed İqls” (Niderland)/“Brann” (Norveç) cütünün qalibi

ÇSKA (Sofiya, Bolqarıstan)/“Buduçnost” (Monteneqro) cütünün qalibi – “Jalgiris” (Litva)/“Pafos” (Kipr) cütünün qalibi

“İlves” (Finlandiya)/“Austriya” (Vyana, Avstriya) cütünün qalibi – “Yurqorden” (İsveç)/“Proqres” (Lüksemburq) cütünün qalibi

“Hunedoara” (Rumıniya)/“Riyeka” (Xorvatiya) cütünün məğlubu – “Milsami” (Moldova)/“Astana” (Qazaxıstan) cütünün qalibi

“Rujomberok” (Slovakiya)/“Trabzonspor” (Türkiyə) cütünün məğlubu – “Hayduk” (Xorvatiya)/“HB Torshavn” (Farer adaları) cütünün qalibi

“Noah” (Ermənistan)/“Slima Uonderers” (Malta) cütünün qalibi – AEK (Afina, Yunanıstan)/“İnter Eskaldes” (Andorra) cütünün qalibi

“Auda” (Latviya)/“Kliftonvill” (Şimali İrlandiya) cütünün qalibi – “Breydablik” (İslandiya)/“Drita” (Kosovo) cütünün qalibi

“Saburtalo” (Gürcüstan)/“Partizani” (Albaniya) cütünün qalibi – “Başakşəhər” (Türkiyə)/“La Fiorita” (San Marino) cütünün qalibi

“Brondbü” (Danimarka)/“Lapi” (Kosovo) cütünün qalibi – “Legiya” (Polşa)/“Kaernarfon” (Uels) cütünün qalibi

“Braqa” (Portuqaliya)/“Makkabi” (Petah Tikva, İsrail) cütünün məğlubu – ÇFR (Rumıniya)/“Neman” (Belarus) cütünün qalibi

“Molde” (Norveç)/“Silkeborq” (Danimarka) cütünün məğlubu – “Gent” (Belçika)/“Vikinqur” (Farer adaları) cütünün qalibi

“Osiyek” (Xorvatiya)/“Levadiya” (Estoniya) cütünün qalibi – “Zirə” (Azərbaycan)/“Dunayska Streda” (Slovakiya) cütünün qalibi

“Sankt Qallen” (İsveçrə)/“Tobol” (Qazaxıstan) cütünün qalibi – “Riqa” (Latviya)/“Slask” (Polşa) cütünün qalibi

“Panatinaikos” (Yunanıstan)/“Maribor” (Sloveniya) cütünün məğlubu – “Zrinski” (Bosniya və Herseqovina)/“Bravo” (Sloveniya) cütünün qalibi

“Omoniya” (Kipr)/“Torpedo” (Kutaisi, Gürcüstan) cütünün qalibi – “Sumqayıt” (Azərbaycan)/“Fehervar” (Macarıstan) cütünün qalibi

“Kopenhagen” (Danimarka)/“Maqpies” (Cəbəllüttariq) cütünün qalibi – “Banik” (Çexiya)/“Urartu” (Ermənistan) cütünün qalibi

“Olimpiya” (Sloveniya)/“Polesye” (Ukrayna) cütünün qalibi – “Şerif” (Moldoca)/“Elfsborq” (İsveç) cütünün məğlubu

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: