Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi “Gənclərbirliyi”nin yarımmüdafiəçisi Soner Dikmeni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi yeni komandasında “14” nömrəli formanı geyinəcək.
Soner Dikmen peşəkar karyerasına “Hacettepe” klubunda başlayıb. 2016/17 mövsümünü icarə əsasında “Göztəpə”də keçirən futbolçu, 2017-ci ildə “Gənclərbirliyi”nə transfer olunub. O, 2017/18 mövsümünü “Hacettepe”də, sonrakı mövsümü isə “Kastamonuspor”da icarədə keçirib.
“Konyaspor”un yeni transferi geridə qalan mövsümdə “Gənclərbirliyi”nin heyətində 34 oyuna çıxıb. Amma mövsümün yekununda onun komandası Super Liqa ilə vidalaşmalı olub.


