Kostyuk: “Qarabağ”a qalib gəlmək üçün əlimizdən gələni etdik”

Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk Konfrans Liqasının pley-offunda “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Ukrayna təmsilçilərinin bu gün Bakıda baş tutmuş görüşü Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İqor Kostyuk matçdan sonra komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Qarabağ” bütün imkanlarından istifadə etdi və bu oyuna öz təsirini göstərdi. Komanda ilk dəqiqələrdə aqressiv oynadı. Çalışırdıq ki, top bizdə olsun. Qələbə qazanmaq üçün əlimizdən gələni edirdik. Komandadan ayrılacağımla bağlı deyilənlər isə reallığa uyğun deyil”.

Qeyd edək ki, “Qarabağ” “Dinamo”nu iki oyunun nəticəsinə (0:1, 2:0) görə mübarizədən kənarlaşdıraraq pley-offa adlayıb. Ukrayna nəhəngi isə avrokuboklarla erkən vidalaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: