Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Avram sentyabrın 7-də Avstriya ilə yoldaşlıq görüşü, 3 gün sonra isə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Farer adalarına qarşı keçiriləcək oyun üçün Sergey Kleşenkonun başçılıq etdiyi millinin heyətinə qoşulacaq.
Qapıçı “Araz-Naxçıvan”ın “Kəpəz”lə sentyabrın 3-də keçirəcəyi oyundan sonra ölkəsinə yollanacaq.
Xatırladaq ki, Kristian Avram 2021-ci ilin iyun ayında debüt etdiyi Moldova yığmasında 8 oyuna çıxıb. O, bu ilin yayından “Araz Naxçıvan”da çıxış edir. 29 yaşlı qolkiper Premyer Liqa təmsilçisində 3 oyuna 3 qol buraxıb, 1 “quru” matç keçirib.


