Futbol üzrə Moldova millisinin və “Petrokub”un qapıçısı Kristian Avram bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqanın debütantı rəsmi saytı vasitəsilə məlumat yayıb.
29 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb. 193 sm boya malik futbolçu bu mövsümün sonuna kimi “ağ-qırmızılar”ın qapısını qoruyacaq.
Rumıniya vətəndaşlığı da olan Kristian Avram peşəkar karyerasına “Kişinyov Akademiya”sından başlayıb. Daha sonra “Daçiya” (Kişinyov), “Dinamo-Avto” kimi klublarda forma geyinib. 2019-cu ildən “Petrokub”da forma geyinən qolkiper bu komandada 71 matça çıxıb, 54 qol buraxıb, 35 “quru” matç keçirib. Avram 2021/22 mövsümündə Rumıniyanın “Buzau” klubunda icarədə də oynayıb.
.jpg)
“Araz-Naxçıvan” buna qədər Nuno Rodriqes, Vanderson Kavalkante Melo, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Məhəmməd Kadiri, İsmail Azzaui, Elvis Maşike və İqor Ribeyro kimi legionerləri də heyətinə qatmışdı.
“Sabah”dan Abdulla Rzayevi icarəyə götürən Naxçıvan klubu Turan Manafov, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev və Zamiq Əliyevi də heyətinə qatıb.
Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayev isə klubla yeni müqaviləyə imza atıblar.


