Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinin heyətinə dəvət olunub.
Arena.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Baş məşqçi Sergey Kleşenkonun açıqladığı siyahıda Avram da yer alıb.
Moldova yığması növbəti dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində sentybarın 5-də İsraillə, 4 gün sonra – sentyabrın 9-da isə Norveçlə qarşılaşacaq. Avram da bu matçlar üçün milliyə çağırılıb.
Kristian Avram 2021-ci ilin iyun ayında debüt etdiyi Moldova yığmasında 13 oyuna çıxıb. O, bu oyunlarda 22 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.
Avram 2023-cü ilin yayından “Araz Naxçıvan”da çıxış edir. Moldovalı qolkiper Premyer Liqa təmsilçisinin heyətində 81 oyuna 91 qol buraxıb, 26 “quru” matç keçirib.
Moldova yığmasının üzvü daha öncə “Petrokub”, “Dinamo-Avto”, “Daçiya”, “Buzau”, “Kişinyov Akademiyası” kimi klubların da şərəfini qoruyub.


