Kristof Atanqana “Qəbələ”yə lazım olmadı

2024/2025 mövsümünü Birinci Liqada keçirəcək “Qəbələ” klubu kamerunlu qapıçısı Kristof Atanqana ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

24 yaşlı qolkiperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kristof Atanqana 2021-ci ilin iyulundan “Qəbələ”də çıxış edirdi. O, bölgə təmsilçisinin heyətində cəmi 36 matç keçirib. Qapıçı Premyer Liqada 24, Azərbaycan Kubokunda 10, Konfrans Liqasında 2 oyunda iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: