“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 22-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, əyalət təmsilçilərinin bu gün Bakıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu gün çoxlu qol imkanlarımız oldu. Sadəcə, onları dəyərləndirə bilmədik. Qələbə qazanmaq üçün bu şanslardan yararlanmaq lazımdır. Rəqib qapımıza bir dəfə də zərbə vura bilmədi. Fikrimcə, biz bu gün 2 xal itirdik.
Coş Cinelli və İbrahima Vadjinin bizə daha çox xeyir verməsi üçün nə qədər zamana ehtiyac var? Məşqlərdə bunun üzərində işləyirik. Qarşıdakı oyunlarda problemi aradan qaldıracağıq.
Futbolçuların fiziki vəziyyətləri qaneedicidir. Kubok matçına hazırlaşacağıq”.


