Kurban Berdıyev: “Neftçi” ilə matçda 2 xal itirdik”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş oyununda qapılara qol vurulmayıb – 0:0.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Təxmin etdiyimiz kimi, ağır oyun oldu. Belə oyunlar qola qədər olur. Təəssüf ki, qol vura bilmədik. 2 xal itirdiyimizi düşünürəm. Amma “Neftçi”nin də haqqını vermək lazımdır. Onlar da yaxşı oynadılar. Adətən baş məşqçi dəyişikliyi edilən komandalara qarşı oynamaq çətin olur. Çünki komanda belə hallarda daha istəkli oynayır. “Neftçi” də bu gün yaxşı oynadı.

Paltardəyişmə otağında uşaqlara dedim ki, 9 mümkün xaldan 6-sını itirdik. Yüksək səviyyədə olan rəqiblərlə oynamışıq. Həlledici məqamlarda daha yaxşı oynaya bilərdik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: