Kurban Berdıyev: “Qarabağ” qələbəyə layiq idi”

Qazaxıstanın “Kayrat” komandasının baş məşqçisi Kurban Berdıyev Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İki fərqli hissə izlədik. Birinci yarıdan sonra hesabı qorumağa çalışdıq. Lakin rəqib öz oyununu göstərərək qələbə qazandı. Stadionda və meydanda çox yaxşı atmosfer vardı. Azarkeşlər də meydan sahiblərinə yaxşı dəstək verdilər.

Bizim qrupumuz çox çətindir. Bütün rəqiblərimiz güclüdür. İkinci hissədə daha çox səhv etdik. Rəqib qələbəyə layiq idi. Biz isə hesabı qorumağa çalışırdıq. “Qarabağ”ın daha yaxşı oynadığını deyə bilərəm.

Bu oyundan sonra qrupdan çıxmaq şanslarımız daha da azaldı. Amma şanslar qaldığı müddətdə mübarizəni davam etdirəcəyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: