Kurban Berdıyev: “Roberto Olabe başqa cür oynaya bilmir”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qapılara qol vurulmayıbı.

Kurban Berdıyev matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Bütün komanda adından Zəfər Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edirəm. Oyun təxmin etdiyimiz kimi çətin oldu. Qırmızı vərəqədən sonra daha da çətin idi. Futbolçularıma təşəkkür eidrəm ki, xarakter göstərdilər. İmkan daxilində əks-hücumlar yaratdılar, kifayət qədər də təhlükəli olurdu”.

Berdıyev qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuş Roberto Olabe cəzalanmayacağını vurğulayıb:

“Xeyr, belə bir şey olmayacaq. Başqa cür oynaya bilmir. Döyüşkən xarakteri var, hamımızın bundan xoşu gəlir. Amma ona bildirmişdim ki, ehtiyatlı ol, sarı vərəqən var”.