Kurban Berdıyev “Traktor”dan ayrıldı

Cənubi Azərbaycanın “Traktor” klubu baş məşqçisi Kurban Berdıyev ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Təbriz klubunun rəsmi saytı məlumat yayıb.

Türkmən əsilli rusiyalı mütəxəssis öz istəyi ilə vəzifəsindən ayrılıb.
O, Rusiyanın “Soçi” komandasının sükanı arxasına keçəcəyi üçün bu addımı atıb: “Traktor”dan ayrılmağım Rusiya futbolunun ehtiyacları və mənim mənəvi borcumla bağlıdır. Ölkəyə qayıtmalıyam. Mənə “Traktor”un layihəsində iştirak etməyi təklif edən rəhbərliyə minnətdaram. Onlar burada çalışdığım müddətdə mənə dəstək olmaqla yanaşı, bütün lazımi şəraiti yaratdılar. Ümid edirəm ki, Direktorlar Şurası və klub rəhbərliyi vəziyyəti başa düşəcək”.

Xatırladaq ki, Kurban Berdıyev bu ilin iyun ayından Cənubi Azərbaycan təmsilçisini çalışdırıdı. Komanda onun rəhbərliyi altında cəmi 11 matça çıxıb. Təbrizlilər bu görüşlərdən dördündə qalib gəlib, üçündə heç-heçə edib, qalan dördündə də məğlub olublar.

“Traktor” bu mövsüm İran çempionatında 11 oyuna topladığı 15 xalla 16 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: