“Linkoln” Bakıya 16 saata çatdı

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Cəbəllüttariq çempionu “Linkoln” artıq Bakıdadır.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın Heydər Əliyev adına hava limanından şəklini sosial şəbəkədə paylaşan klub “16 saat sonra sağ-salamat Bakıya çatdıq” sözlərini qeyd edib.

Qeyd edək ki, “Linkoln” sabah – iyulun 19-da “Qarabağ”la cavab matçına çıxacaq. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda keçiriləcək ikinci oyuna saat 20:00-da start veriləcək. Bu gün isə komandaların baş məşqşilərinin mətbuat konfransı, eləcə də oyundan öncəki son məşqlər baş tutacaq.

Xatırladaq ki, “Qarabağ” Cəbəllüttariqdə baş tutan ilk oyunda bu rəqibinə 2:1 hesabıyla qalib gəlib. Cütün qalibi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandaların ilk oyununda da Polşa çempionu 1:0 hesablı qələbəyə sevinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: