“Linkoln” – “Qarabağ”: heyətlər açıqlandı

Azərbaycan çempionu “Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində səfərdə “Linkoln”la qarşılaşacaq.

Arena.az xəbər verir ki, Cəbəllüttariq çempionu ilə görüş səfərdə baş tutacaq.

Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin yeni mövsümə Bakı vaxtı ilə saat 20:00-da start verəcək.

Xatırladaq ki, “Qarabağ” ÇL-in ötən mövsümündə də bu komanda ilə üz-üzə gəlmiş və səfərdə 2:1, evdə isə 4:0 hesabıyla qalib gələrək mərhələ adlamışdı.

Bu komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
23 iyul

20:00. “Linkoln” – “Qarabağ”
Hakimlər: İştvan Vad, Vencel Tot, İştvan Albert, Bence Csonka (hamısı Macarıstan).
“Europa Point Stadium”.

Linkoln: 1. Nauset Santana, 6. Bernardo Lopes (k), 10. Tjay de Barr, 11. Culian Valarino, 15. Rafael Munyos, 18. Toni, 20. Etan Britto, 21. Nano, 22. Qrem Torrilya, 23. Co, 24. Con Sarcent.
Ehtiyat oyunçular: 13. Villanueva, 27. Caylan Hankins, 5. İbrahim Ayyu, 8. Mustafa Yahaya, 9. Kike Qomes, 17. Pedro Martin, 19. Kayl Klinton, 30. Karlos Sid, Conatan Skiortino, 33. Cumaney Burnet, 70. Viktor Villakanas.
Baş məşqçi: Xavyer Munyos.

Qarabağ: 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yankoviç, 6. Julio Romao, 7. Yassin Benzya, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 2. Mateus Silva, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri sosial şəbəkələrdə paylaş: