“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Linkoln”a qarşı keçirəcəyi ilk matçın təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, iyulun 23-də Cəbəllüttariqdəki “Europa Point Stadium”da baş tutacaq görüşə Macarıstandan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı İstvan Vad idarə edəcək. Vencel Toth və İstvan Albert oyunun baş hakiminin köməkçiləri olacaqlar. Bence Csonka dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, “Qarabağ”ın mövsümdəki ilk oyunu iyulun 23-də “Europa Point Stadium”da keçiriləcək. Bu görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Bu komandalar arasındakı cavab qarşılaşması isə bir həftə sonra Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
23 iyul
20:00. “Linkoln” – “Qarabağ”
Baş hakim: İstvan Vad
Baş hakimin köməkçiləri: Vencel Toth, İstvan Albert
Dördüncü hakim: Bence Csonka (hamısı Macarıstan)
“Europa Point Stadium”.


