“Liverpul” daha bir futbolçusunu satdı

İngiltərənin “Liverpul” klubunun futbolçusu Tayvo Avonyi karyerasını Almaniyada davam etdirəcək. Arena.az xəbər verir ki, 23 yaşlı nigeriyalı yarımmüdafiəçi “Union Berlin” klubuna keçib.

Bu barədə Berlin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tayvo ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Almaniya klubunun bu transferə görə 7.5 milyon avrosundan keçdiyi bildirilir.

2015-ci ildən “Liverpul”da çıxış edən Tayvo ötən mövsümü icarə əsasında məhz “Union Berlin”də keçirib. Nigeriyalı hücumçu Bundesliqada 22 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.