Loran Mendi “Qəbələ”də – Rəsmi

2024/2025 mövsümünə hazırlığı davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu – hücumçu Loran Mendi ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Seneqallı futbolçu bunadək Belçikanın “Antverpen”, Lüksemburqda “Düdelanj”, Fransada “Rasinq Besançon”, Çində “Luşan” klublarında forma geyinib. Loran Mendi bu ilin yanvarında Çin klubundan ayrılan bəri işsiz idi. Bu üzdən də Seneqallı forvardın nə dərəcədə formada olması maraq doğurur.

Sonda xatırladaq ki, “Qəbələ” bu mövsüm Birinci Liqada mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: