Luçesku: “Qvardiola mənim ideyalarımdan ilhamlanıb”

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola haqda xatirəsini paylaşıb.

Arena.az “Bresciaoggi”yə istinadən Luçeskunun fikirlərini diqqətinizə çatdırır:

“Breşiyada biz Amba d’Oroda eyni evdə yaşayırdıq, mən gedəndən sonra o, ora gəldi. 2009-cu ildə Monte-Karloda Avropa Super Kuboku uğrunda görüşəndə ona dedim: “Mənim divarlarım səni ruhlandırıb, sən Amba d’Orodakı o evdə mənim ideyalarımdan ilhamlanmısan”. Xoseplə münasibətim müstəsnadır”.

Xatırladaq ki, 2009-cu ildə UEFA Super Kuboku uğrunda oyunda Qvardiolanın çalışdırdığı “Barselona” Luçeskunun çalışdırdığı Donetsk “Şaxtyor”unu əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək qənimətə sahib olmuşdu.

Bu il Qvardiola UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün qalibi olub. Bununla da o, karyerasındakı qənimətlərin sayını 35-a çatdıraraq Mirça Luçeskuya çatıb.

Vurğulayaq ki, Qvardiola geridə qalmış mövsümü “trebl”lə başa vurub: “Mançester Siti” ilə İngiltərə Premyer Liqasını, Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: