“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfərdə “Ludoqorets”lə qarşılaşacaq.
Arena.az xəbər verir ki, Bolqarıstan çempionu ilə görüş Razqard şəhərində baş tutacaq.
Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Azərbaycan çempionu Bakıdakı ilk oyunda 1:2 hesabıyla uduzduğu üçün, səfər matçında inamlı qələbə qazanmağa çalışacaq. Çünki mərhələ adlamaq üçün Ağdam təmsilçisinə mütləq 2 top fərqi ilə qalib gəlmək lazımdır.
Qeyd edək ki, bu cütün qalibi ÇL-in pley-off mərhələsində Xorvatiya çempionu “Dinamo” (Zaqreb) ilə üz-üzə gələcək. Məğlub olan tərəf isə Avroliqanın pley-off mərhələsində “Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
13 avqust
22:00. “Ludoqorets” – “Qarabağ”
Hakimlər: Simone Sozza, Corco Peretti, Davide İmperiale, Matteo Marketti (hamısı İtaliya).
VAR hakimləri: Canluka Aureliano, Marko Serra (hər ikisi İtaliya).
Razqrad. “Ludoqorets Arena”.
Ludoqorets: 39. Hendrik Bonmann, 3. Anton Nedyalkov (k), 24. Olivye Verdon, 4. Dinis Almeyda, 17. Son, 30. Pedro Naressi, 23. Deroy Duarte, 6. Yakub Pyotrovski, 7. Rik, 9. Kvadvo Dua, 12. Ruan Seko.
Ehtiyat oyunçular: 1. Serxio Padt, 67. Damyan Hristov, 8. Todor Nedelyov, 10. Matias Tissera, 14. Denni Qropper, 15. Edvin Kurtuluş, 16. Aslak Fonn Vitri, 18. İvaylo Çoçev, 82. İvan Yordanov, 90. Spas Delev.
Baş məşqçi: Georgi Dermenciyev.
Qarabağ: 97. Fabiyan Buntiç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yankoviç, 6. Julio Romao, 7. Yassin Benzya, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 2. Mateus Silva, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.


