Luka Modriç Xorvatiya yığmasındakı gələcəyinə aydınlıq gətirdi

Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç qarşıdakı UEFA Millətlər Liqası və yığmadakı gələcək karyerası haqda danışıb.

Arena.az UEFA-nın mətbuat xidməti istinadən Modriçin bu xüsusda sözlərini diqqətinizə çatdırır:

“Mən həmişə yığmada oynamaqdan və hər dəfə milli komandaya gələndə həzz alıram. Bütün bunlar xoş duyğular bəxş edir. Nə qədər ki, komandaya kömək edə bilirəm, heyətdə olmamaq üçün heç bir səbəb yoxdur.

Niderlandla oyun çətin olacaq. Yüksək səviyyəyə qayıtmış və doğma meydanda oynayacaq güclü futbolçulardan ibarət gənc komanda ilə qarşılaşacağıq. Yaxşı ki, çoxlu azarkeşimiz bizi dəstəkləyəcək və bu, əlavə motivasiya verəcək.

Hazırda fikirlərim UEFA Millətlər Liqası ilə bağlıdır. Gələcək karyeram haqqındasa turnirdən sonra danışmaq olar. Mən artıq millidəki gələcəyimlə bağlı qərar qəbul etmişəm, lakin hələlik bunu açıqlamaq istəmirəm”.

Luka Modriç Xorvatiya yığmasının heyətində 164 oyun keçirib ki, bu da millinin rekordudur. Modriç bu oyunlarda 23 qol vurub.

Yarımmüdafiəçi 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında bürünc medal qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: