Lukas Beltran “Rive Pleyt”i “Fiorentina”ya dəyişdi – 12 milyona

Argentinanın “River Pleyt” klubunun mərkəz hücumçusu Lukas Beltran bundan sonra “Fiorentina”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, İtaliya klubu 22 yaşlı cənubi amerikalı futbolçu üçün yeni iş yerinə çevrilib.

Florensiya klubunun rəsmi saytında yer alan xəbərə görə, futbolçu ilə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulan 5 illik müqavilə imzalanıb. “Fiorentina” hücumçunun transferi üçün Argentina klubuna 12 milyon avro ödəyib.

Lukas Beltran “River Pleyt”in öz yetirməsidir. O, bu komandada meydana çıxdığı 78 oyunda 22 qol vurub, 8 məhsuldar ötürmə edib. Argentinalı forvard 2021/2022 mövsümündə “Kolon”da icarədə də olub – 39 oyun, 6 qol, 2 assist.

Xəbəri sosial şəbəkələrdə paylaş: