Maksim Medvedev 500-cü matçına çıxdı

Maksim Medvedev oyun sayında rekordçusu olduğu “Qarabağ”da 500-cü matçını keçirib. Arena.az xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının 22-ci turuna təsadüf edib.

Sumqayıtda eyniadlı komanda ilə səfər görüşü (3:0) 33 yaşlı müdafiəçinin 1000-i yarılaması ilə əlamətdar olub. Maksim bu matçlarda 17 qol vurub. O, Premyer Liqada 340 (12 qol), avrokuboklarda 114 (3 qol), ölkə kubokunda 46 (2 qol) matça çıxıb.

Qeyd edək ki, Maksim Medvedev karyerası ərzində yalnız “Qarabağ”da çıxış edib. Müdafiəçi yetirməsi olduğu klubun əsas komandasında 2006-cı ildə debüt edib.