Maksim Medvedev daha 2 il “Qarabağ”da!

“Qarabağ” müdafiəçisi Maksim Medvedev ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Kapitanla imzalanmış yeni müqavilənin müddəti 2 ildir.

Qeyd edək ki, Maksim Medvedev “Qarabağ”ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb. Bu klubun öz yetirməsi olan 31 yaşlı futbolçunun bütün karyerası məhz Ağdam təmsilçisi ilə bağlıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: