Maksim Medvedev: “Portuqaliya yığmasına qol vura bilərik”

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Maksim Medvedev DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Portuqaliyanın oyunlarını izləmişik. Hansısa mövqedə axsadıqlarını demək çətindir. Əlbəttə ki, bu, bizə problem yaradacaq. Amma bunun da çıxış yolu var. Sıx oynasaq, biri-birimizə dəstək olsaq və fərdi mübrizələrdən məğlub ayrılmasaq, işimizi asanlaşdıra bilərik. Maksimum bacarığımızı ortaya qoymalıyıq. Bütün bacarığımızı nümayiş etdirə bilsək, qol vura bilərik. Müdafiə xəttinə xüsusi diqqət yetirməliyik. Daha sonra standart vəziyyətlərdə və ya əks-hücumlarda istəyimizə nail ola bilərik.

Portuqaliya millisinə qarşı daha əvvəl oynamışam. Əvvəlki heyətdən, demək olar ki, tək mən qalmışam. İndi heyətə cəlb olunan futbolçuların çoxu gəncdir. Bu səviyyədə oyunlarda iştirak etməyiblər. Elə futbolçu var ki, heç avrokuboklarda oynamayıb. Avropanın ortabab komandalarına qarşı oynamırıq ki, deyək uşaqlara çətin olacaq. Qrupumuzda yer alan ən çətin rəqibə, dünyanın ən yaxşı komandalarından birinə qarşı mübarizə aparacağıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: