“Mançester Yunayted”in bir çox oyunçusu rəhbərliyin, uzun müddət klubda çalışmış bir sıra əməkdaşı ixtisar etməsi qərarından məyusdur.
Arena.az bu barədə ESPN şəbəkəsinə istinadən məlmat verir.
Mənbənin məlumatına görə, futbolçuları təkcə bu əməkdaşların işdən çıxarılması deyil, həm də bundan sonra rəhəbərliyin onlara qarşı davranışı qəzəbləndirib. Məsələn, “Mançester Yunayted”in yeni həmsahibləri klubda 30 ildən çox işləmiş işçini işdən çıxarıblar. “Qırmızı şeytanlar”ın düşərgəsindəki işinə görə heç kim ona təşəkkür belə, etməyib. Klubdakı son günündə bu işçi göz yaşları içində ərazini təmizləyirmiş.
Xatırladaq ki, INEOS-un rəhbəri Cim Retkliff Mançester təmsilçisinin həmsahibi olduqdan sonra klubda ciddi islahatlara başlayıb. Klub xərcləri münasibləşdirmək məqsədilə işçilərin bir qismini ixtisara salıb.


