Marko Rossi: “Şotlandiya ilə oyunda qələbəyə layiq idik”

Macarıstan yığmasının baş məşqçisi Marko Rossi AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Şotlandiya yığması ilə oyunu (1:0) şərh edib.

Arena.az xatırladır ki, macarlar qələbə qolunu oyunun əsas vaxtına əlavə edilmiş təzminat dəqiqələrində (90+10) vurublar.

“Şotlandiya yığması, xüsusən də birinci hissədə azacıq daha çox topa sahib oldu. İkinci hissədə daha gərgin oyun getdi. Deyə bilərik ki, bu, daha çox imkanımız və topa daha çox sahib olduğumuz bərabər səviyyəli oyun idi. İnanıram ki, qələbəmiz layiqli idi.

Hər şeyi nəzərə alsaq, Şotlandiya yığması çox cəsarətli çıxış etdi. Fiziki cəhətdən yorucu oyun olacağını bilirdik. Oyun keçidlərlə, daimi geri çəkilmələrlə dolu idi. Onlar da qol vura bilərdilər, biz də qol vura bilərdik”, – UEFA-nın mətbat xidməti italyan mütəxəssisdən sitat gətirir.

Vurğulayaq ki, Macarıstan yığmasının qələbə qolu Avropa çempionatları tarixində oyunun əsas vaxtında vurulmuş ən gec qələbə qolu kimi əlamətdar olub.

Qrup mərhələsinin yekununda “A” qrupunun yarış cədvəlində komandalar belə sıralanıblar:

  1. Almaniya – 7 xal
  2. İsveçrə – 5 xal
  3. Maracırstan – 3 xal
  4. Şotlandiya – 1 xal

Almaniya və İsveçrə yığmaları yarışın 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıblar.

Macarıstan yığmasının aqibəti isə qrup mərhələsinin sonunda məlum olacaq. Meydanda gücləri qrupda 3-cü yeri tutmağa yetmiş macarlar, 3-cü yeri tutmuş 4 ən yaxşı yığma arasında yer alaraq 1/8 final mərhələsinə vəsiqə qazanmaq üçün indi ancaq dua etəklə məşğuldurlar.

Şotlandiya yığması isə şələ-küləsini toplayıb evə qayıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: