Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro milli komandasına dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi yığma komandanın heyətində DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Çexiya və Xorvatiya milliləri ilə qarşılaşacaq. Monteneqro millisinin Çexiyaya qarşı oyunu sentyabrın 5-də, Xorvatiya ilə görüşü isə sentyabrın 8-də keçiriləcək.
Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. 30 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunda 132 oyun keçirib, 10 qol və 15 məhsuldar ötürmə müəllifi olub.
Yankoviç karyerası ərzində “Partizan”, “Teleoptik”, “Beytar” (Yerusəlim), “Olimpiakos”, OFK, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” kimi klublarda da çıxış edib.
Marko 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 55 oyuna çıxıb, 1 qol və 7 məhsuldar ötürmə müəllifi olub.


