Marko Yankoviç Litvada 77 dəqiqə oynadı

Azərbaycan çempionu “Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro yığmasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, onun formasını geyindiyi bu komanda AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Litva yığması ilə qarşılaşıb.

Qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutan bu qarşılaşma Litvada keçirilib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 2:2.

Yankoviç bu oyunda start heyətdə başlayıb və 77-ci dəqiqədə, hesab 2:1 komandasının xeyrinə olarkən əvəzlənib. Monteneqro yığması qələbə hesabını 90+4-cü dəqiqədə əldən verib.

G qrupunda yer alan Monteneqro yığması 4 oyundan sonra topladığı 5 xalla 5 komanda arasında 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda növbəti matçını sentyabrın 10-da doğma meydanda Bolqarıstan yığmasına qarşı keçirəcək.

Xatırladaq ki, Marko Yankoviç 2016-cı ildə debüt etdiyi Monteneqro yığmasında 40 oyun keçirib, 1 qola imza atıb. O, 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır.

Xəbəri sosial şəbəkələrdə paylaş: