“Maynts” fanatlarından Yurgen Klopun ünvanına təhqir dolu lövhə

“Maynts” azarkeşləri kluba 18 ilini həsr etmiş alman mütəxəssis Yurgen Klopun ünvanına təhqir və nifrət dolu lövhə açıblar.

Arena.az məlumat verir ki, bu, sözügedən komandanın Bundesliqanın 7-ci turu çərçivəsində “Leypsiq”i qəbul etdiyi ev oyununda (0:2) baş verib.

Bununla azarkeşlər Yurgen Klopun daha əvvəl “Red Bull”un futbol əməliyyatları üzrə dünyəvi rəhbəri vəzifəsinə təyinatı ilə bağlı narazılıqlarını ifadə ediblər.

Oyunun gedişində tribunalarda qaldırılmış lövhələrdə növbəti fikirlər əksini tapıb:

“Klopp, səni kim etdiyimizi unutmusan?”, “Sən dəlisən?”, “İnsanları, məni məyus etmədikcə bəyənirəm” (Bu halda azarkeşlər Klopun özünün illər əvvəl müsahibəsində dediyi sözləri sitat gətirərək, alman mütəxəssisi ikiüzlülükdə suçlayaraq, eyham vurublar – redaktorun qeydi).

Xatırladaq ki, keçmişdə Klopp bir klubun çoxklublu model əsasında digər klubu ələ keçirməsini tənqid etmişdi. Müvafiq nümunə 2009-cu ildə “Red Bull”un təşəbbüsü ilə yaradılmış və səkkiz il ərzində yeni klubu yüksək liqaya çıxarmaq niyyəti ilə Almaniyanın beşinci divizion klubu “Markranştedt”in hüquqlarını əldə etmiş “Leypsiq”ə aiddir. Azarkeşlər məhz bu ziddiyyətli mövqeyinə görə Klopu nifrət ifadə ediblər.

Vurğulayaq ki, Yurgen Klopp “Maynts”ın əfsanəsidir. Klopp futbolçu ikən, 1990-2001-ci illərdə “Maynts”da çıxış edib, sonra isə 2001-2008-ci illərdə baş məşqçi olaraq komandanı çalışdırıb. “Maynts” məhz Klopun rəhbərliyi altında tarixində ilk dəfə Almaniya Bundesliqasına vəsiqə qazanıb.

Alman mütəxəssis yanvarın 1-dən “Red Bull” şəbəkəsində futbol əməliyyatlarının qlobal rəhbəri vəzifəsində işinə başlayacaq. Klopp “Leypsiq”, “Zalsburq”, “Nyu-York” klublarının, həmçinin Braziliya və Yaponiyadakı iki komandanın inkişaf strategiyasına cavabdeh olacaq.

Klopun illik qazancının 10-12 milyon avro məbləğ civarında olacağı bildirilir. Alman mütəxəssislə uzunmüddətli müqavilə bağlandığı vurğulanır.

Klopun Almaniya yığmasının baş məşqçisi vəzifəsinə dəvət ediləcəyi təqdirdə, alman mütəxəssisin öz müqaviləsinə xitam vermək hüququna malik olduğu da nəzərdə tutulub.

Yurgen Klopp “Maynts”dan savayı, daha öncə “Liverpul”da, Dortmund “Borussiya”sında və həmçinin Frankfurt “Ayntraxt”ının gənclərdən ibarət komandasında baş məşqçi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: