Mert Çelik “Neftçi”yə bu sözlərlə vida etdi

“Neftçi”dən ayrılan Azərbaycan millisinin və “Başakşəhər”in müdafiəçisi Mert Çelik paytaxt klubu ilə vidalaşıb.

Arena.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bunları qeyd edib:

“Karyeramdakı ilklərdə ən böyük pay sahibi olan “Neftçi” ilə vidalaşmaq zamanıdır. Burada keçirdiyim illəri unutmayacağam. Azərbaycanda çempionluq, avrokuboklarda oynamaq, əsas milliyə dəvət kimi ilkləri yaşadım. Gözəl dostluqlar qazandığım bütün komanda yoldaşlarıma, Bakıda özümü evimdəki kimi hiss etdirən klubun əməkdaşlarına, hər zaman yanımızda olduqlarını göstərən “Neftçi” azarkeşlərinə çox təşəkkür edirəm”.

Xatırladaq ki, Mert Çelik “Neftçi”yə 2020-ci ilin sentyabrında Türkiyənin “Başakşəhər” klubundan icarə əsasında keçmişdi. O, “Neftçi”nin heyətində 53 oyun keçirib, 2 qola, 1 məhsuldar ötürməyə imza atıb.

Artıq 23 yaşlı futbolçunun yeni komandası da məlumdur. Belə ki, o, TFF 1-ci Liqada mübarizə aparan “Bandırmaspor” klubuna keçib. Türkiyə klubu onu “Başakşəhər”dən satınalma şərti ilə icarəyə götürüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: