Mert Çelik yenidən Azərbaycanda – Bu dəfə “Səbail” üçün

Türkiyənin “Başakşəhər” klubunun və Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Mert Çelik bundan “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Səbail” PFK növbəti transferini həyata keçirib. Klub Azərbaycan U-21 millisinin sabiq müdafiəçisi Mert Çeliklə 1 illik müqavilə imzalayıb. U-21 yığmamızın heyətində 7 qarşılaşmada 1 qola imza atmış 24 yaşlı futbolçu yeni komandasında 20 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, Mert Çelik daha öncə Azərbaycanda “Neftçi”nin də formasını geyinib. O, “Neftçi”yə 2020-ci ilin sentyabrında “Başakşəhər”dən icarə əsasında keçib. Müdafiəçi 2023-cü ilin yayına kimi “ağ-qaralar”ın heyətində 53 oyun keçirib, 2 qola, 1 məhsuldar ötürməyə imza atıb.

24 yaşlı futbolçu geridə qalmış mövsümü icarə əsasında “Bandırmaspor”da keçirib. O, TFF 1-ci Liqada mübarizə aparan bu komandanın heyətində cəmi 6 oyuna çıxıb.

“Səbail” daha öncə Fərid Nəbiyev (“Turan Tovuz”), Nihad Quliyev (“Qarabağ”), Vüsal Məsimov (“Kəpəz”), Amir Bilali (“Qostivar”, Şimali Makedoniya), Dmitri Litvin (“Lusitaniya”, Portuqaliya) və Qorka Larruçeanı (“Etar”, Bolqarıstan) da heyətinə qatmışdı.

Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Cabir Əmirli və Süleyman Əhmədovla da yeni müqavilə imzalanıb.

Adil Nağıyev, Ağabala Ramazanov, Səlahət Ağayev, Vüqar Həsənov, Bahadur Həziyev, Rafael Məhərrəmli, Adi Mehremiç, Elmir Tağıyev və Pedro Nuno isə paytaxt təmsilçisini tərk edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: