“Liverpul”un təhlil şöbəsinin sabiq rəhbəri İen Qrem Lionel Messinin Kristiano Ronaldodan daha yaxşı olduğu fikri ilə gündəmə gəlib.
Arena.az xəbər verir ki, Qremə görə, verilənlərin daha dərin təhlili Messinin Ronaldodan daha yaxşı olduğunu göstərir.
Qrem, komandaların uğurlarına daha geniş töhfələrini qiymətləndirmək üçün mürəkkəb modellərin istifadəsilə oyunçuları sıralayarkən, Messinin daha effektiv olması barədə nəticələr əldə edildiyini deyib.
İen Qremin sözlərini diqqətinizə çatdırırıq:
“Fərq ondadır ki, Messi həmçinin dünya səviyyəli hücumameyilli yarımmüdafiəçidir. Onun komanda yoldaşları üçün yaratdığı imkanlar Ronaldonun yaratdığı imkanlardan bir qayda olaraq çoxdur. Messi hər iki işi mükəmməl yerinə yetirir. Ronaldo bir işi parlaq surətdə icra edir. Bax, fərq də bundadır”.