Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin yer aldğı 3-cü qrupda ötən gün daha bir oyun keçirilib.
Arena.az xəbər verir ki, Moldova yığması doğma meydanda Slovakiya futzalçıları ilə qarşılaşıb.
Oyun qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Yekunda xallarının sayını 11-ə çatdıran Slovakiya yığması qrup ikincisi kimi qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.
İndiyə qədər bu komandalar final mərhələsində itşirakını rəsmiləşdirib: Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya, Finlandiya, Gürcüstan, Slovakiya, Sloveniya, Niderland.
Qeyd edək ki, 3-cü qrupun son oyununda Azərbaycan millisi bu gün doğma meydanda Yunanıstan yığmasıyla qarşılaşacaq. Bakı İdman Sarayında baş tutacaq görüşə saat 19:00-da start veriləcək.
Hazırda yığmamızın qrupundakı son vəziyyət belədir:
Azərbaycan – 13
Slovakiya – 11
Moldova – 5
Yunanıstan – 1


