Minifutbol: Azərbaycan millisi İtaliya yığmasına da qalib gəldi

Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, İtaliya kollektivi ilə üz-üzə gələn yığmamız 2:1 hesabı ilə qələbə qazanıb.

Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb.

Xatırladaq ki, Azərbaycan millisi dünən keçirdiyi ilk matçında Belçikaya qalib gəlmişdi. İtaliya isə Fransaya uduzmuşdu – 1:3. Elşad Quliyevin yetirmələri iyunun 4-də Fransa ilə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: