“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Slaviya” ilə oyunda (0:2) məğlubiyyətini şərh edib.
Arena.az “Football Italia” dərgisinə istinadən portuqal mütəxəssisin müvafiq xüsusda fikirlərini təqdim edir:
“Bu gün hər şeyimiz kifayət etmədi. Çox şey demək istəmirəm, başqaları da istəmir. Nəticə həm “Slaviya” üçün müsbət mənada, həm də bizim üçün mənfi mənada tamamilə layiqli idi. Səmərəmizdən heç nə xoşuma gəlmədi. Artıq paltardəyişmə otağında futbolçularla danışmışam, bunu heç vaxt etmirəm. Dediklərimiz öz aramızda qalacaq. Mən bu qələbəyə tam layiq olan “Slaviya”nın praqalı uşaqlarına münasibətdə dürüst və ədalətli olmaq istəyirəm. Qol vurmaq imkanımız vardı, amma ümumilikdə bu, dəhşətli oyun idi.
Amma sevdiyim bir məqam – Edoardo Bovenin çıxışı oldu. Onun 20 yaşı var, ancaq bir oğlan qalib gəlmək üçün kifayət deyil. Bove istisna olmaqla, hamımız bu gün uduzmağa layiq idik”, deyə Mourinyo vurğulayıb.
Qələbə sayəsində “Slaviya” “G” qrupunda 9 xalla liderliyi ələ keçirib. Eyni miqdarda xal toplamış “Roma” isə 2-ci pilləyə düşüb. Maraqlıdır ki, komandalar arasında Romada keçirilmiş 3-cü tur oyununda “canavarlar” 2:0 hesablı inamlı qələbə qazanmışdılar.


