“Sabah”ın baş məşqçisi Murad Musayev Antalya toplanışı çərçivəsində bu gün “Vorskla”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis Ukrayna klubuna 0:3 hesablı məğlubiyyətdən sonra “bayquşlar”ın mətbuat xidmətinə bunları söyləyib:
“İntensiv oyunun şahidi olduq. Meydanda azad zona az idi və hər top uğrunda mübarizə gedirdi. Çox çətin oyun oldu ki, bu da bizim üçün yaxşıdır. Çoxlu fürsətlərimiz olsa da, qola çevirə bilmədik. Rəqib isə demək olar ki, əldə etdikləri bütün epizodları dəyərləndirdi. Bu gün yaxşı oyun keçirdik, sadəcə, nəticə istədiyimiz kimi olmadı”.