Namiq Ələsgərov fərqləndi, “Bursaspor” qalib gəldi

Futbol üzrə Türkiyə 1-ci liqasında 9-cu turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Boluspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Namiq də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Bursa təmsilçisinin 3-cü dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsini də Namiq verib.

“Bursaspor” 9 turdan sonra 8 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: