Namiq Ələsgərov oynadı, “Bursaspor” səfərdə uduzdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Adanaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Namiq də bu görüşün iştirakçısı olub. O, 59-cu dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 79-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Bursaspor” 19 turdan sonra 19 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: