Namiq Ələsgərov qol ötürməsi etdi, “Bursaspor” qalib gəldi

Futbol üzrə Türkiyə 1-ci liqasında 31-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Kocaelispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Namiq də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının 63-cü dəqiqədə vurduğu ikinci qolda məhsuldar ötürmə müəllifi də məhz Ələsgərov olub.

“Bursaspor” 31 turdan sonra 31 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: