Namiq Ələsgərov yenidən “Kəpəz”də!

Bir neçə gün öncə “Zirə”dən azad agent kimi yarılmış yarımmüdafiəçi Namiq Ələsgərov bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, qarşıdakı mövsümün sonunadək “Kəpəz”in uğurları üçün çalışacaq.

Xatırladaq ki, “Kəpəz” Namiq üçün tanış klubdur. O, 2015/2016-ci illər mövsümünün ikinci yarısında da Gəncə təmsilçisinin formasını geyinib, burada 15 oyunda 3 qola imza atıb.

Namiq Ələsgərov 2025-ci ilin yayında “Zirə”yə qoşulmuş və 2+1 illik müqaviləyə imza atmışdı. Amma o, bu komandada əsas heyət üzvünə çevrilə bilməyib.

Ələsgərov daha öncə “Neftçi”, “Qarabağ”, “Bakı”, “Kəpəz”, “Sabah” və “Bursaspor” kimi klublarda da forma geyinib.

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Namiq 2015-ci ildən formasını geyindiyi əsas millimizdə 39 oyun keçirib, 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, “Kəpəz” bu yay Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Ürfan Abbasov, Kennet Kalunqa, Rafael Məhərrəmli, Hüseyn Babayev və Viktor Stinanı da heyətinə qatıb.

Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska, Ümid Səmədov və Elgün Bayramovla yeni müqavilə imzalanıb.

Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov, Camal Cəfərov, Ehtiram Şahverdiyev, Olavale Onanuqa və Ryonosuke Ohori də komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: